Türkiyədə  8 nəfəri öldürən   silahlı yaxalandı -  YENİLƏNİB   -  VİDEO
05 noyabr 2026 22:59 (UTC +04:00)

Türkiyədə 8 nəfəri öldürən silahlı yaxalandı - YENİLƏNİB - VİDEO

0

Afyonkarahisarın İhsaniye rayonunda səkkiz nəfəri öldürən və bir nəfəri yaralayan, sonra isə qaçan təcavüzkar Əskişəhərin Seyitqazi rayonunda tutulub.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, oğurladığı nəqliyyat vasitəsi palçığa batanda onu tərk edib piyada qaçan şübhəli jandarmanın "Təslim ol" çağırışına silahdan atəş açaraq cavab verib. Əməliyyat zamanı zərərsizləşdirilən təcavüzkarın açdığı atəş nəticəsində iki jandarma yüngül yaralanıb.

Arif Sefa Özdemirin Əskişəhərin Seyitqazi rayonunda tutulduğu bildirilir.

***

21:18

Afyonkarahisarda güllələnən qadınlardan biri xəstəxanada vəfat edib.

Lent.az xəbər verir ki, bununla da hadisə nəticəsində ölənlərin sayı 9-a yüksəlib.

***

19:28

Afyonkarahisarın İhsaniye rayonundakı iki fərqli kənddə bir avtomobildə olan beş nəfəri  ov tüfəngi ilə güllələyərək öldürən şübhəlinin qaçış yolu boyunca başqa bir yerdə daha üç nəfəri öldürdüyü və bir nəfəri yaraladığı məlum olub.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, hadisə yerindən qırmızı rəngli maşınla qaçan və şəhər xaricindən gəldiyi müəyyən olan silahlı şübhəlinin Kütahyaya doğru getdiyi aşkar edilib.

***

18:55

Türkiyənin Afyonkarahisar vilayətində iki fərqli ərazidə silahla öldürülmüş 5 nəfərin meyiti aşkarlanıb.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə barədə 112 Təcili Çağrı Mərkəzinə məlumat daxil olduqdan sonra əraziyə jandarm əməkdaşları göndərilib.

Ayazini kəndi ərazisində 3, Kıyır kəndi yaxınlığında isə 2 nəfərin meyiti tapılıb. 

Xəbərə görə 5 nəfərin iki avtomobildə güllələnərək öldürüldüyü müəyyən edilib. Şübhəlinin hadisə yerindən qaçdığı bildirilir. 

Hadisənin baş verdiyi kəndlərə gedən yollar bağlanıb. Polis şübhəli şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2179

Oxşar yazılar