Azərbaycanda oğul  qumara görə   atasının pullarını oğurladı
05 noyabr 2026 19:46 (UTC +04:00)

Azərbaycanda oğul qumara görə atasının pullarını oğurladı

0

Astarada oğul atasının pullarını oğurlayıb.

Lent.az xəbər verir ki, 16 yaşlı Mehman Ədilov (ad və soyad şərtidir) onlayn qumar oynamaq üçün müxtəlif vaxtlarda atasının bank kartlarından ümumilikdə 2286 manat pulu talayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edərək peşman olduğunu və atası ilə barışdığını bildirib. O, bu səbəbdən barəsində yüngül cəza verilməsini xahiş edib.

Zərərçəkən şəxs də, həmçinin, oğlu ilə barışdığını və ona qarşı şikayətçi olmadığını qeyd edib.

Məhkəmənin yekun qərarı ilə M.Ədilov 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 70

Oxşar yazılar