50 il  sürücülük vəsiqəsi   olmadan maşın sürdü
12 may 2023 07:48 (UTC +04:00)

50 il sürücülük vəsiqəsi olmadan maşın sürdü

Böyük Britaniyanın Derbişir qraflığında polis 50 ildən çox sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən 69 yaşlı kişini həbs edib.

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, polis bir neçə qayda pozuntusuna yol verdiyi üçün sürücünü saxlayıb. Yoxlama zamanı məlum olub ki, onun sürücülük vəsiqəsi yoxdur. Məlum olub ki, britaniyalı 19 yaşından avtomobil idarə edirmiş, baxmayaraq ki, o, heç vaxt imtahandan keçməyib və nəqliyyat vasitəsini idarə etmək üçün icazə almayıb. O, sığorta şirkətlərini lazımi sənədlərin əlində olduğunu deyərək aldadıb. Bütün bu illər ərzində o, sürücülük vəsiqəsinin olmaması ilə dostları arasında və ailəsində öyünürmüş.

Polis britaniyalının avtomobilini müsadirə edib və onu cinayətlərdə ittiham edib. “Nəhayət, bu qəbuledilməz davranış dayandırıldı. Əgər o, qəzaya düşsəydi və biz təzminat ödəsəydik, ondan bütün məbləği geri qaytarmasını tələb edərdik”, –Avtomobil Sığortaçıları Bürosunun sözçüsü Pol Farli bildirib.


 

# 2769
avatar

Oxşar yazılar