"Rektor Elçin Babayevin təşəbbüsü ilə Bakı Dövlət Universitetində təhsil alan aztəminatlı ailələrdən olan və valideynini itirmiş tələbələrə dəstək layihəsi çərçivəsində gündəlik 3 manatlıq civarında yemək kuponu pulsuz verilir".
Bu barədə Lent.az-a təhsil eksperti Kamran Əsədov məlumat verib. O bildirib ki, bu xeyirxah proses noyabr ayının 1-dən başlayıb.
"Böyük sayda tələbə rektorun bu təşəbbüsündən yararlanır. Məndə olan məlumata görə, 5 min nəfər tələbəyə bu imkan verilib".