Rayonlarda da koronavirus təhlükəsinə qarşı işlər aparılır  - FOTOLENT
05 mart 2020 09:52 (UTC +04:00)

Rayonlarda da koronavirus təhlükəsinə qarşı işlər aparılır  - FOTOLENT

0

Yevlax  rayonunda  koronavirus (COVİD -19) infeksiyasının   yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülür

Yevlax rayonunda koronavirus  infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə Yevlax Şəhər İcra Hakimiyyətinin tərəfindən tərtib edilən qrafik əsasında genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir.

Yevlax Şəhər İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, şəhərdəki yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, həmçinin Heydər Əliyev Mərkəzi, Yevlax Şəhər “Cümə” Məscidi, rayonun məktəbəqədər və orta təhsil müəssisələri, kitabxanalar, Mərkəzi Bazar, Avtovağzal, ictimai iaşə və ticarət obyektləri, ərazidəki konteyner meydançalarında, bir sözlə  insanların kompakt  toplaşdığı bütün yerlərdə  yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə kütləvi dezinseksiya və dezinfeksiya işləri aparılır. Bu işlər həm də rayonun kəndlərində də keçirilir.
 Aparılan işlərin yüksək səviyyədə təşkili üçün Şəhər İcra Hakimiyyəti tərəfindən Yevlax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, kənd icra nümayəndələrinə, bələdiyyələrə aidiyyəti göstərişlər verilib və görülən işlər barədə Şəhər İcra Hakimiyyətinə mütəmadi olaraq məlumatlar verilir. 
İnfeksion xəstəliklərin yayılma təhlükəsini nəzərə alaraq   Yevlax şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları  fərdi yaşayış evlərinin ərazisində, yaşayış və qeyri-yaşayış binalarında və digər ərazilərdə də dezinfeksiya işləri davam etdirilir.
Səhiyyə Nazirliyinin Respublikada dezinfeksiya tədbirləri barədə əsasən əmrinə görülən bütün işlər müvafiq kimyəvi preparatlarla aparılır. Kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl olunur.
Həmçinin sakinlərə dezinfeksiya tədbirləri ilə yanaşı  hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi də izah edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1054

Oxşar yazılar