Qvardiolanın  "Barselona"dakı fəaliyyətinin sirri   bu imiş
25 iyul 2026 09:44 (UTC +04:00)

Qvardiolanın "Barselona"dakı fəaliyyətinin sirri bu imiş

0

"Barselona"nın sabiq müdafiəçisi Dani Alveş Kataloniya klubunda birlikdə çalışdığı baş məşqçi Xose Qvardiolanın ona öyrətdiyi ən vacib dərslərdən birini bölüşüb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Alveş bildirib ki, komanda bazar günü oyun keçirəndən sonra futbolçular adətən bazar ertəsi istirahət edir, bərpa prosedurlarından və masajdan keçirdilər. O isə həmin gün də məşq etməyi üstün tutub.

"Bazar günü əsas heyətdə oynamayan futbolçularla birlikdə məşq edirdim. Xose mənə bu oğlan bir az dəlidir, deyirdi, amma bunu qəbul edirdi", – deyə Alveş xatırlayıb.

Braziliyalı futbolçu vurğulayıb ki, Qvardiolanın komandaya aşıladığı ən önəmli prinsip hər kəsin yalnız öz vəzifəsinə fokuslanması idi.

"Xose bizə öyrədirdi ki, sənə tapşırılan işi düzgün yerinə yetirməyin kifayətdir. Başqasının işini görməyə çalışma", – deyə Alveş bildirib.

Qeyd edək ki, Dani Alveş 2008–2016-cı illərdə, daha sonra isə 2021-ci ilin noyabrından 2022-ci ilin iyununa qədər "Barselona"nın formasını geyinib. Xose Qvardiola isə 2008–2012-ci illərdə komandaya rəhbərlik edib və bu müddətdə klubla 14 titul qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar