Ana 10 oğlunu  müharibəyə göndərdi:   hamısı qayıtdı - Qardaşların HEYRƏTAMİZ HEKAYƏSİ
14 may 2022 20:15 (UTC +04:00)

Ana 10 oğlunu müharibəyə göndərdi: hamısı qayıtdı - Qardaşların HEYRƏTAMİZ HEKAYƏSİ

Lısenko qardaşları Brovaxi kəndində (indi Ukraynanın Çerkassı vilayəti) firavan kənd ailəsində anadan olublar.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ata - keçmiş QULAQ (1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu-red.) kollektivləşdirmə və sahibsizləşdirmə proseslərindən sonra da işə düzələ bilmişdi.

O, çalışqan bir təsərrüfatçı idi, işləməyi və başqalarına öyrətməyi bacarırdı. Qonşuların avtoritetliyindən istifadə edirdi.

Dəmirçi sənətinə sahib idi və öz arıxanasını inkişaf etdirirdi. İdeal quyular qazıb, indi də kənddə istifadə olunur.

Həyat yoldaşı Yevdokiya - ona 16 (!) uşaq - beş qız və 11 oğul doğub. Amma təəssüf ki, özü müharibədən bir az əvvəl dünyasını dəyişib. Oğullardan biri 1933-cü ildə işləmək üçün Tayqaya gedəndə itkin düşüb.

Yevdokiyanın dəqiq doğum tarixini tapmaq mümkün deyil, lakin sənədləri müqayisə etdikdə onun 1894-cü ildə anadan olduğu üzə çıxır. İlk oğlunu 18 yaşında dünyaya gətirib və müharibənin əvvəlində onun 47 yaşı olub.

10 oğlu cəbhəyə gedib. Qalanlar düşmənin əlinə heç nə keçməməsi üçün yetişmiş buğda sahələrini necə məhv etdiklərini kədərlə xatırlayırdılar.

Tədbir öz təsirini göstərmişdi. Nasistlərin təchizat qıtlığı var idi və onları burada yandırılmış torpaq gözləyirdi. Amma təsəvvür etmək olar ki, taxılçıların zəhməti ilə yetişdirdiyi məhsulu məhv etmək necə də ağır idi.

Qardaşlar ölkənin hər yerinə səpələnmişdilər - Kuril adalarından tutmuş Qərb cəbhəsinə qədər (sonradan Berlinə də gedib çıxmışdılar).

İki qardaş hətta ön cəbhədə qısa müddətə görüşüblər. Seviniblər, qucaqlaşıblar, sonra irəli gediblər - hər biri öz tapşırığını yerinə yetirmək üçün.

10 qardaşın hamısı sağ-salamat evə qayıdıb. Ancaq hər şey tamamilə fərqli ola bilərdi. Qardaşlar dəfələrlə ölümün astanasında dayanmışdılar.

Feodosiy - Budapeşt yaxınlığında minaya düşüb, evə ayaqları olmadan qayıdıb.

Mixail - kəşfiyyatda xidmət edib. Yaralanıb, əsir düşüb və qaçıb. Korsunun mühasirəsində möcüzəvi şəkildə sağ qalıb. Yenidən yaralanıb. Kəndlərin birində o, təkbaşına nasistlərin qərargahını dağıdıb - evi yandırıb.

Təəssüf ki, Berlinə qədər gedə bilməyib. Macarıstanda o, daha bir ağır yara alıb və uzun müddət xəstəxanada yatandan sonra sağalıb. Mükafatlarla qayıdıb.

Stepan - tankda yanıb, möcüzəvi şəkildə sağ qalıb. Yaralarını sağaldandan sonra yaponlarla döyüşmək üçün şərqə göndərilib.

Qqardaşların ən gənc üzvü 20 yaşında cəbhəyə yollanıb. Jitomir yaxınlığındakı döyüş zamanı nasistlər onun topunu vurublar. Yeddi əsgər yerindəcə ölüb, yalnız Nikolay komandadan sağ qalıb. Yaralandığı səbəbindən 1943-cü ildə evə göndərilib. 

On qardaşın arasında təkcə Vasili zabit rütbəsi alana qədər xidmət edib. Evə baş leytenant rütbəsində qayıdıb. 

Maraqlıdır ki, qardaşlardan yalnız biri, ən sakiti Aleksandr Reyxstaqda imza atmağı bacarıb.  O, Sovet qoşunları üçün nəinki rabitə xətti çəkib, həm də almanların infrastrukturunu məharətlə məhv edib.

Bir neçə qardaş müxtəlif vaxtlarda həbs düşərgələrinə düşüb  və hamısı qaça bilib.

10 qardaşdan beşi ağır yaralarla qayıdıb. Amma sağ qalıblar, yaşayıblar.  Yalnız ikisi müharibədə yaralanmadan qayıdıb.

Pavel sonuncu qayıdıb. Qardaşlar bir-birlərini dərhal tanımayıblar. Çünki çoxları şikəst halda qayıtmışdı.

Sonra bir-birinin ardınca toylar başlayıb. Ailə daha da böyüyüb. Ailədə ümumilikdə 36 uşaq və 70 nəvə doğulub. 

Yevdokiyaya “Qəhrəman ana” medalı verilib. Müharibədən 22 il sonra, 73 yaşında vəfat edib.

# 7482
avatar

Oxşar yazılar