Anadan  milyarder doğulan   BÜRCLƏR
05 oktyabr 2023 00:04 (UTC +04:00)

Anadan milyarder doğulan BÜRCLƏR

Astroloqlar bu dəfə maliyyə məsələlərində, biznesdə şanslı olan bürcləri açıqlayıblar. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, siyahıda bu məsələdə şanslı olan dörd bürc var.

Onları təqdim edirik:

Qız 

Qız bürcü ən zəngin bürclərdən biri hesab olunur. Dünya üzrə milyarderlər siyahısında təxminən 12 faizi bu bürc altında doğulanlardır. Mütəxəssislər deyirlər ki, onlar öz zəhmətləri, ünsiyyətcilliyi və cazibədarlıqları hesabına sərvət əldə edə biliblər. 

Qoç və Dolça

Qoç və Dolça planetin ən varlı adamları sıralamasında 8 faiz paya sahibdirlər. Xüsusilə Dolçalar geniş düşüncələri və dostluqları sayəsində asanlıqla böyük bir sərvət qazana bilərlər. Onların azadlıq sevgisi var. Onların istəkləri çox vaxt ailə bağları ilə məhdudlaşmır. Buna görə də heç bir şey onları pul qazanmaqdan yayındıra bilməz. Qoç öz inadkarlığı ilə məşhurdur. Onlar öz zəhmətlərinin bəhrəsi ilə hər şeyə özləri nail ola bilər. 

Balıq

Balıqlar da tez-tez zənginlər siyahısında görünən bürclərdəndir. Astroloqların fikrincə, balıqlar israrlı və inadkardırlar. Belə insanlar asanlıqla böyük bir sərvət qazana bilər. Bunun üçün daim axtarışda olmaq lazımdır ki, bu da uğura gətirib çıxaracaq. Bundan əlavə, onların inanılmaz intuisiyaları var. Onlar hər zaman hisslərinin arxasıyca gedir və bu da onları qətiyyən səhb yola aparmır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 39541

Oxşar yazılar