Ara məsafəsini pozan sürücüləri nə qədər cərimə gözləyir? -  CAVAB
22 sentyabr 2023 16:51 (UTC +04:00)

Ara məsafəsini pozan sürücüləri nə qədər cərimə gözləyir? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzusu avtomobillər arasında ara məsafəsinin pozulması ilə bağlıdır.

Maraqlıdır, ara məsafəsini pozan sürücüləri nə qədər cərimə gözləyir?

Lent.az xəbər verir ki, sürücü sürәtdәn vә hәrәkәt şәraitindәn asılı olaraq elә ara mәsafәsi seçmәlidir ki, qabaqda gedәn nәqliyyat vasitәsi sürәti kәskin azaltdıqda vә ya gözlәnilmәdәn dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən ara məsafəsinin pozulmasına görə, sürücülər 40 manat cərimələnir. 

Yaşayış mәntәqәlәrindәn kәnarda ötmәni asanlaşdırmaq mәqsәdilә, asta gedәn, ağır yüklü vә ya uzun nәqliyyat vasitәlәrinin sürücülәri özlәrindәn qabaqda gedәn nәqliyyat vasitәsi ilә kifayәt qәdәr ara mәsafәsi saxlamalıdırlar ki, onları ötәn nәqliyyat vasitәlәri ötmәni tam tәhlükәsiz şәraitdә başa çatdırsınlar. Әgәr sürücü ötmә әmәliyyatına başlamışdırsa vә ötürsә, bu tәlәbә әmәl olunmur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5637
avatar

Arzu Qurbanlı

Oxşar yazılar