Axundların istefasının SƏBƏBİ BİLİNDİ:  Bayram namazı qılmayıblar
10 may 2023 16:57 (UTC +04:00)

Axundların istefasının SƏBƏBİ BİLİNDİ: Bayram namazı qılmayıblar

Bir neçə gün əvvəl istefa verən axundlarla bağlı yeni məlumatlar ortaya çıxıb.

Lent.az “MOUZE” teleqram kanalına istinadən xəbər verir ki, Xırdalan məscidinin imamı Azər Sani, Corat məscidinin imamı Hacı Sahib Məmmədov və İmişli məscidinin imamı Hacı Adıgözəl Bəşirli Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayının başa çatması ilə əlaqədar təyin etdiyi vaxtda bayram namazı qılmayıblar.

Onlar Şeyxin fətvasına qarşı çıxaraq rəhbəri olduqları məscidlərdə İranla eyni gündə bayram namazı qılıblar.  

Qeyd edək ki, bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da axundların istefasına münasibət bildirib.

O qeyd edib ki, Şeyxülislamın verdiyi fətva bütün məscidlərimizdə yerinə yetirilməlidir:

“Bu zaman pozuntular olursa, bununla bağlı müvafiq tədbirlər görülür. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislamın, Qazılar Şurasının çıxartdığı fətvaları kimsə pozursa, aydın məsələdir ki, o adam Azərbaycandakı dini mühitlə bağlı doğru addım atmır. Bu zaman özü səhvini başa düşürsə, ola bilsin, istefa verir”.

# 4443
avatar

Oxşar yazılar