Ay sonu maqnit qasırğaları  gözlənilir? - PROQNOZ
27 avqust 2025 17:22 (UTC +04:00)

Ay sonu maqnit qasırğaları gözlənilir? - PROQNOZ

Avqustun 28–30-u üçün Günəş və geomaqnit aktivliyi ilə bağlı məlumat yayılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, cümə axşamından şənbə gününə qədər (28–30 avqust) Yer maqnitosferi normal olacaq, nəzərəçarpacaq dalğalanmalar və qasırğalar gözlənilmir.

Proqnoz hələ dəyişə bilər. Günəş aktivliyini izləyən tədqiqatçılar məlumatları hər üç saatdan bir yeniləyirlər.

Astrofiziklərin sözlərinə görə, ən dəqiq hesab olunan proqnozlar bir gün əvvələ aiddir, digər tarixlərə dair məlumatlar isə yalnız istiqamətləndirici xarakter daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196

Oxşar yazılar