AZAL bəzi reysləri ləğv etdi
13 iyun 2025 08:22 (UTC +04:00)

AZAL bəzi reysləri ləğv etdi

Yaxın Şərqdə baş verən son hadisələr və ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar, “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 və 14 iyun 2025-ci il tarixlərinə nəzərdə tutulan bəzi reyslər ləğv edilib.

Lent.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Ləğv edilən reyslər:

• Bakı – Təl-Əviv – Bakı
J2 021/022 (13 iyun)
J2 321/322 (13 iyun)
J2 021/022 (14 iyun)
• Bakı – Dubay – Bakı
J2 011/012 (13 iyun)
• Bakı – Tehran – Bakı
J2 8017/8018 (13 iyun)

Uçuşların təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir.

Əlavə məlumat üçün sərnişinlər aviaşirkətin Çağrı Mərkəzinə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1006

Oxşar yazılar