Azərbaycanda komet satılır.
Lent.az xəbər verir ki, bu barədə elan saytlarından birində məlumat yerləşdirilib. Bildirilir ki, kometin Yerə düşmə vaxtı məlum deyil.
Qeyd olunur ki, daşın yumru olması atmosferə daxil olan zaman yanaraq yumrulaşdığından xəbər verir. Elan sahibi bu səbəbdən daşın komet olduğunu düşünərək satmağı fikirləşir.
Komet hazırda Bakı şəhərindədir.