Azərbaycanda bu məktəb şagird sayına görə  BAĞLANIR - İDDİA - YENİLƏNİB
15 may 2025 09:44 (UTC +04:00)

Azərbaycanda bu məktəb şagird sayına görə BAĞLANIR - İDDİA - YENİLƏNİB

"Biləsuvarda məktəbin bağlanması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir".

Bu barədə Lent.az-a Şirvan Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, Biləsuvar rayonu Nərimankənd kənd ümumi orta ümumtəhsil məktəbinin bağlanması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Həmin təhsil müəssisəsi 2025–2026-cı tədris ilində də fəaliyyətini davam etdirəcək. Hazırda həmin məktəbin bağlanması gündəmdə deyil.

***
14 may, saat: 13:28

Biləsuvarda məktəbin bağlanması ilə bağlı iddialar yayılıb.

Lent.az xəbər verir ki, iddialara səbəb rayonun Nərimankənd kənd ümumi orta məktəbində şagird azlığıdır.

Bildirilir ki, kənddə hazırda iki məktəb - Şəhid Şirin Yolçu oğlu adına tam orta məktəb və Nərimankənd kənd orta məktəbi fəaliyyət göstərir. Orta məktəbin növbəti tədris ilindən bağlanılacağı ilə bağlı fikirlər dolaşır. 

Qeyd edək ki, orta məktəb 1990-cı illərin sonunda açılıb. Əvvəl 4 illik daha sonra 9 illik sistemə keçirilib. 

İddia ilə bağlı Şirvan Salyan Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. 

Sözügedən məsələ ilə bağlı geridönüş edəcəklərini bildirsələr də, hələ ki, sorğumuz cavablandırılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1944

Oxşar yazılar