Azərbaycanda  ən çox yağış və qar   hara yağıb? - FAKTİKİ HAVA
15 may 2023 19:11 (UTC +04:00)

Azərbaycanda ən çox yağış və qar hara yağıb? - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki,
mayın 15-i saat 18:00-a olan məlumata əsasən Naxçıvan, Şahbuz, Ordubad, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Balakən, Oğuz, Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada, Bakıda və Abşeron yarımadasında arabir yağış; Qrız, Şahdağda, Daşkəsən rayonunun dağlıq ərazilərində isə qar yağıb.

Külək: Şimal-qərb küləyi 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.3 metrə çatıb.

# 2355
avatar

Oxşar yazılar