Azərbaycanda süd vəzi xərçəngindən əziyyət çəkənlərin sayı AÇIQLANDI
04 oktyabr 2023 13:11 (UTC +04:00)

Azərbaycanda süd vəzi xərçəngindən əziyyət çəkənlərin sayı AÇIQLANDI

0

Ötən il süd vəzisinin xərçəngi diaqnozu ilə 16 202 nəfər qeydiyyatda olub.

Lent.az xəbər verir ki, bu sözləri Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli deyib. O bildirib ki, 2022-ci ilin statistikasına görə, bunlardan 7064 nəfəri 5 il və 5 ildən artıq yaşayanlardır.

“Döş vəzisi xərçəngi ilə qeydiyyatda olan kişilərin sayı isə 48 nəfərdir”, - deyə o əlavə edib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ilk dəfə süd vəzisinin diaqnozu ilə qeydiyyata alınan şəxslərin sayı 2565 nəfər olub.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1992-ci ildən etibarən oktyabr ayını Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı elan edib. /APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5095

Oxşar yazılar