Azərbaycanda Ukrayna ilə bağlı  bu qadağa   götürüldü
25 iyun 2021 10:46 (UTC +04:00)

Azərbaycanda Ukrayna ilə bağlı bu qadağa götürüldü

0

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Ukraynanın Vinnitsa vilayətində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Lent.az-a verilən məlumata görə, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin tələbləri nəzərə alınmaqla, agentlik Ukraynanın Vinnitsa vilayətindən Azərbaycana idxal olunan bütün növ diri quş və quşçuluq məhsullarının idxalına 2020-ci il aprelin 16-dan tətbiq edilən məhdudiyyətin aradan qaldırılması ilə bağlı qərar qəbul edib. Eyni zamanda aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə məlumat verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2149

Oxşar yazılar