Azərbaycanlı abituriyentlərin seçdiyi  İXTİSASLAR  -  SİYAHI
23 iyun 2021 15:05 (UTC +04:00)

Azərbaycanlı abituriyentlərin seçdiyi İXTİSASLAR - SİYAHI

Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisasların adları məlum olub.

Dövlət İmtahan Mərkəzindən (DİM) Lent.az-a verilən məlumata görə, keçən il abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə (tədris ingilis dilində) ”, III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Tibb”, V qrupda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisaslarını seçib.

Qeyd edilib ki, III və IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinin abituriyentlərinin seçimi eyni olub.

II qrupda rus bölməsinin abituriyentləri daha çox Azərbaycan Dövlət İqtisad Universitetinin tədrisi rus dilində olan “Maliyyə” ixtisasına meyil ediblər. I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İnformasiya texnologiyaları”, V ixtisas qrupunda isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn (sahələr üzrə)” ixtisasına üstünlük veriblər.

Azərbaycan bölməsində I ixtisas qrupunda “Riyaziyyat müəllimliyi” ixtisasına marağın artmasını Təhsil Nazirliyinin pedaqoji ixtisaslara göstərdiyi qayğı ilə əlaqələndirmək olar.

Oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2013

Oxşar yazılar

Sabah leysan və sulu qar  yağacaq - PROQNOZ

Sabah leysan və sulu qar yağacaq - PROQNOZ

3 may 2025 , 12:44
Soyuq havalar nə vaxtadək  davam edəcək?

Soyuq havalar nə vaxtadək davam edəcək?

3 may 2025 , 10:42
Bakıdan Polşaya uçan təyyarə təcili geri qayıtdı

Bakıdan Polşaya uçan təyyarə təcili geri qayıtdı

3 may 2025 , 09:55
Sabah Bakının mərkəzi küçələri tam BAĞLANIR

Sabah Bakının mərkəzi küçələri tam BAĞLANIR

3 may 2025 , 09:35
Bəzi BÜRCLƏR bu ayı unutmaq istəyəcək  – SƏBƏB

Bəzi BÜRCLƏR bu ayı unutmaq istəyəcək – SƏBƏB

3 may 2025 , 09:09
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 may 2025 , 19:59
Bakıda hava qaralanda  bu avtobuslar  yoxa çıxır...  -  YENİLƏNİB

Bakıda hava qaralanda bu avtobuslar yoxa çıxır... - YENİLƏNİB

2 may 2025 , 19:27
Bu rayonlarda  şimşək çaxır,   yağış yağır - FAKTİKİ HAVA

Bu rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

2 may 2025 , 18:16