Bakıda  qanunsuz tikililər   söküldü - VİDEO
06 noyabr 2023 11:43 (UTC +04:00)

Bakıda qanunsuz tikililər söküldü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsi və Zirə kəndi, eləcə də Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə keçirdiyi tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyektlər sökülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5886
avatar

Arzu Qurbanlı

Oxşar yazılar