Bakıda saxta araq satanlar  AŞKARLANDI   -  FOTO
29 noyabr 2021 12:07 (UTC +04:00)

Bakıda saxta araq satanlar AŞKARLANDI - FOTO

Bakıda qanunsuz fəaliyyət göstərən topdan və pərakəndə satış müəssisəsi aşkar olunub

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumata görə, agentlik əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küç., ev 34, m.54 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Quliyev Zahir Cəfər oğluna məxsus topdan və pərakəndə satış müəssisəsində plandankənar yoxlama keçirib.

Yoxlama zamanı mağazada satılan saxta spirtli içkilər aşkarlanıb. 70 ədəd 0,7 litrlik, 84 ədəd 0,5 litrlik və 73 ədəd 1 litrlik “Organic Line” adlı saxta spirtli içki məhsulları götürülərək saxlanca verilib.

Müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Faktla bağlı araşdırmalar davam edir.

 

# 1665
avatar

Aytəkin Cəlali

Oxşar yazılar