Bakıda yarımçıq qalan yol ASFALTLANDI - FOTO  - YENİLƏNİB
07 aprel 2022 15:26 (UTC +04:00)

Bakıda yarımçıq qalan yol ASFALTLANDI - FOTO - YENİLƏNİB

Bakıda yarımçıq qalan yol tam asfaltlanıb.

Lent.az xəbər verir ki, bu barədə Zaur Xudiyev adlı facebook istifadəçisi öz hesabında fotolar paylaşıb. 

Lent.az həmin fotoları təqdim edir:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda yolun bir hissəsinin asfaltlanmamasına münasibət bildirib.

Qurumun mətbuat katibi Anar Nəcəfli Lent.az-a açıqlamasında bildirib ki, yol asfaltlanan zaman Rusiya dövlət qeydiyyat nişanlı avtomobilin sahibi olmadığı üçün onu ərazidən götürmək mümkün olmayıb:

"Sürücüsü yanında olmayan avtomobili ərazidən götürmək üçün ona toxunmaq düzgün deyil. Ona görə də əməkdaşlarımız gözlədi ki, avtomobilin sahibi gəlsin, daha sonra maşın ərazidən götürülsün. Asfaltın soyumaması üçün təcili qalan ərazilər asflatlanmalı oldu. Həmin avtomobil bu gün ərzində ərazidən götürüləcək. Daha sonra əməkdaşlar tərəfindən həmin hissə də asfaltlanacaq və problem aradan qalxacaq".

***

Saat: 11:24

Bakıda yolun asfaltanmasından sonra geriyə qalan görüntülər birmənalı qarşılanmayıb.

Lent.az-ın məlumatına görə, bir neçə gün əvvəl Səbail rayonu “20-ci sahə” adlanan ərazidə yol asfaltlanıb. Amma iş bitdikdən sonra geriyə qalan görüntü görənlərdə gülüş yaradıb. Belə ki, asfalt çəkilişi zamanı avtomobillərdən biri yolun kənarında dayanıb. Təmir zamanı isə həmin avtomobil ərazidən götürülməyib.

Nəticədə bütün yol asfaltlansa da, avtomobilin parklandığı yer əvvəl olduğu kimi qalıb. 

Lent.az ərazidə çəkilmiş fotoları təqdim edir: 

# 9306
avatar

Mehman Nəbiyev

Oxşar yazılar