Bakıda  yeni marşrut xətti   açılır
25 aprel 2022 14:17 (UTC +04:00)

Bakıda yeni marşrut xətti açılır

Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Nəqliyyat Agentliyi yeni 9 saylı şəhərdaxili müntəzəm marşrut təşkil edib.

BNA-dan Lent.az-a verilən məlumata görə, aprelin 26-dan fəaliyyətə başlayacaq 9 saylı marşrut xətti üzrə avtobuslar Yasamal yaşayış kompleksi (MİDA) və “Kristal Abşeron” yaşayış kompleksi, “İnşaatçılar” və “20 Yanvar” metro stansiyaları, son dayanacaq məntəqəsi “Nəriman Nərimanov” metro stansiyası olmaqla, hərəkət edəcəklər. 

Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq təşkil edilən marşrut xətti üzrə sərnişindaşımalar “Faiqoğlu” MMC-nin müasir və komfortlu iritutumlu avtobusları ilə yerinə yetiriləcək.

Marşrut xətti üzrə gediş haqqı 30 qəpik təşkil edir və ödəniş nağdsız formada - “BakıKart”la olacaq.

Yeni marşrut xəttinin təşkili sosial kompleksdə, eləcə də ətraf ərazilərdə yaşayan təxminən 10 min nəfərdən artıq sərnişinin ictimai nəqliyyata olan tələbatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
 

# 3120
avatar

Aytəkin Cəlali

Oxşar yazılar