Bakının bu küçələri 2 gün bağlı olacaq
25 mart 2022 18:04 (UTC +04:00)

Bakının bu küçələri 2 gün bağlı olacaq

0

Martın 26-27-də Bakının 6 küçə və prospektinin müəyyən hissələrində təmir işləri aparılacaq.

Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilir ki, təmir işləri aparılacaq küçə və prospektlər aşağıdakılardır:

- Ziya Bünyadov prospekti ("Santral" mağazasının qarşısı);
- Rəşid Behbudov küçəsi (Mərkəzi Bankın qarşısı);
- Abdülvahab Salamzadə küçəsi ("Qələbə dairəsi"ndən tunelin giriş hissəsinə qədər);
- Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi ("Qurd qapısı"ndan İzzət Nəbiyev küçəsinə qədər olan hissə);
- Tbilisi prospekti yan yol (Pişəvəri küçəsindən "20 Yanvar dairəsi" nə qədər olan hissə);
- "Koroğlu" körpüsünün üstü (Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsi istiqamətində).

Qeyd edək ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq qeyd olunan ərazilərdə hərəkətin qismən məhdudlaşdırılması nəzərdə tutulur.

Bu üzdən AAYDA sürücülərdən sözügedən küçə və prospektlərdə aparılacaq təmir işlərinə anlayışla yanaşmalarını, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2845

Oxşar yazılar