Bakının iki rayonunun qazı kəsiləcək
28 fevral 2025 09:19 (UTC +04:00)

Bakının iki rayonunun qazı kəsiləcək

0

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində isə yeraltı qaz xəttində aşkar olunan qaz sızmasının ləğvi məqsədilə 28.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan Lent.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun R.İsmayılzadə, N.Həşimi, X. Natavan küçələrinin həmçinin Yasamal rayonunun Şəfayət Mehdiyev küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3352

Oxşar yazılar