Bakının məşhur “Love City”si  bağlandı
19 mart 2024 12:55 (UTC +04:00)

Bakının məşhur “Love City”si bağlandı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Lent.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 18 ünvanında yerləşən “Love City” kafesində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki: 

- obyektin tavan, divar və pilləkən qəfəsinin bərkidilməsi üçün mənşəyi bilinməyən yanan materiallardan ibarət bəzək üzlüklərindən istifadə olunub;

- təxliyə planı mövcud deyil və obyekt yanğın zamanı insanların köçürülməsinə kömək edən qurğularla tam təmin olunmayıb;

- quraşdırılmış avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusuna xidmət lisenziyası olan ixtisaslaşmış təşkilat tərəfindən həyata keçirilməyib;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

- yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib;

- yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

- obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 18 ünvanında yerləşən “Love City” kafesinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Bakının mərkəzində yanğın təhlükəli kafenin fəaliyyəti dayandırılıb  - VİDEO Bakının mərkəzində yanğın təhlükəli kafenin fəaliyyəti dayandırılıb  - VİDEO Bakının mərkəzində yanğın təhlükəli kafenin fəaliyyəti dayandırılıb  - VİDEO Bakının mərkəzində yanğın təhlükəli kafenin fəaliyyəti dayandırılıb  - VİDEO Bakının mərkəzində yanğın təhlükəli kafenin fəaliyyəti dayandırılıb  - VİDEO Bakının mərkəzində yanğın təhlükəli kafenin fəaliyyəti dayandırılıb  - VİDEO Bakının mərkəzində yanğın təhlükəli kafenin fəaliyyəti dayandırılıb  - VİDEO Bakının mərkəzində yanğın təhlükəli kafenin fəaliyyəti dayandırılıb  - VİDEO Bakının mərkəzində yanğın təhlükəli kafenin fəaliyyəti dayandırılıb  - VİDEO Bakının mərkəzində yanğın təhlükəli kafenin fəaliyyəti dayandırılıb  - VİDEO Bakının mərkəzində yanğın təhlükəli kafenin fəaliyyəti dayandırılıb  - VİDEO Bakının mərkəzində yanğın təhlükəli kafenin fəaliyyəti dayandırılıb  - VİDEO

# 3642
avatar

Oxşar yazılar

II və III qruplara imtahan keçirilir

II və III qruplara imtahan keçirilir

26 may 2024 , 06:47
Küləkli hava nə vaxtadək  davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?

25 may 2024 , 18:17
Sabah Bakıda şimşək çaxacaq,  yağış yağacaq - PROQNOZ

Sabah Bakıda şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ

25 may 2024 , 12:59
Maşını saxlayın, şüşələri qaldırıb gözləyin - Hava XƏBƏRDARLIĞI

Maşını saxlayın, şüşələri qaldırıb gözləyin - Hava XƏBƏRDARLIĞI

25 may 2024 , 11:51
Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

25 may 2024 , 09:56
Hərbi Hospitalın keçmiş rəisi VƏFAT ETDİ

Hərbi Hospitalın keçmiş rəisi VƏFAT ETDİ

24 may 2024 , 17:12
 Leysan, dolu, qar    - HAVA XƏBƏRDARLIĞI

Leysan, dolu, qar - HAVA XƏBƏRDARLIĞI

24 may 2024 , 16:45
General zorakılığa məruz qalan uşaqlardan  DANIŞDI

General zorakılığa məruz qalan uşaqlardan DANIŞDI

24 may 2024 , 16:05