Bakıya qar yağacaq? -  Umayra Tağıyevadan CAVAB
08 yanvar 2021 16:27 (UTC +04:00)

Bakıya qar yağacaq? - Umayra Tağıyevadan CAVAB

0

"Bakı şəhərində qarlı, şaxtalı günlərin sayında azalma müşahidə olunur".

Lent.az məlumat verir ki, bu sözləri Milli Hidrometrologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, ən sərt qış 1972-ci ildə olub:

"2002-ci ildə dekabr ayı çox soyuq keçmişdi. Həmin vaxt 18 dəfə artik hava kütlələri daxil olmaqla Abşeron yarımadasında şaxtalı günlərin sayını artırmışdı. 2012-ci ilin fevral ayında Xəzər dənizinin Nabrandan Sumqayıta qədər donması müşahidə olunurdu".

U.Tağıyeva qeyd edib ki, yaxın günlərdə Bakıya qar yağması müşahidə olunmayacaq:

"Lakin uzun müddətli proqnoz vermək mümkün deyil. 2-3 günlük proqnozlar daha etibarlıdır. 2012-ci ilin fevral ayında müşahidə olunan qarlı, şaxtalı hava yenidən olmayacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 25103

Oxşar yazılar