Bəzi rayonlara şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
09 iyun 2023 09:45 (UTC +04:00)

Bəzi rayonlara şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, iyunun 9-u saat 9-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 8-də axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı: Gəncədə 3 mm, Lerikdə 2 mm, Lənkəran, Astara, Göygöl, Yardımlıda 1 mm-dək olub.

Daşkəsən, Göygöl, Qax, Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu: Bakıda və Abşeron yarımadasında 27 dərəcəyədək isti, Naxçıvan MR-da 32 dərəcəyədək isti, dağlıq rayonlarda 13-17 dərəcə isti, aran rayonlarında 29 dərəcəyədək isti olub.

# 1788
avatar

Oxşar yazılar