Biləsuvar rayonuna yeni prokuror təyin edildi
25 fevral 2024 18:11 (UTC +04:00)

Biləsuvar rayonuna yeni prokuror təyin edildi

Ədliyyə müşaviri Ramin Nəğdəliyev Biləsuvar rayon prokuroru təyin olunub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Baş prokuror müvafiq əmr imzalayıb.

Ramin Nəğdəliyev daha öncə Binəqədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bu vaxta qədər Biləsuvar rayon prokurorunun vəzifəsini Camal Bağırov icra edirdi. Camal Bağırov Balakən rayonun prokuroru təyin olunub.

# 6732
avatar

Oxşar yazılar