Bir ayda 664 nəfər zəhərləndi,  7-si ÖLDÜ
05 fevral 2024 12:05 (UTC +04:00)

Bir ayda 664 nəfər zəhərləndi, 7-si ÖLDÜ

Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə zəhərlənmə şübhəsi ilə 664 nəfər daxil olub.

KTM-dən Lent.az-a verilən məlumata görə, onlardan 93 nəfər Toksikologiya şöbəsinə qəbul edilib.

Şöbəyə qəbul edilən xəstələrdən 16-sı dəm qazından, 6-sı botulizmdən, 40-ı dərman zəhərlənməsindən, 5-i etanoldan, 3-ü allergik reaksiyadan, 23-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib.

Onlardan 6-sı kişi, 1-i qadın olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4155
avatar

Fidan İlqar

Oxşar yazılar