Bu abituriyentlər  daha çox bal   toplayırlar" - Məleykə Abbaszadə
21 iyun 2023 11:36 (UTC +04:00)

Bu abituriyentlər daha çox bal toplayırlar" - Məleykə Abbaszadə

0

"29 ildir təsdiqlənir ki, valideynlərindən azı biri ali təhsilli olan abituriyentlər daha çox bal toplayırlar".

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib.

O bildirib ki, təxminən 50 faizə yaxın nəticələr göstərir ki, abituriyentlər xarici dili B1 səviyyəsində bilirlər:

"Bacarıqları ölçmək üçüm müəyyən alətlər də var. Lakin yumşaq bacarıqları ölçən alətlər bizdə işləmir. Gələcəkdə tətbiqi nəzərdə tutulur. Digər tərəfdən hər il biz bilirik ki, icbari təhsildən sonra 15-16 faiz şəxs hansı səviyyə ilə əmək bazarına daxil olur. Onlarla xüsusi bir dövlət proqramı olmalıdır ki, müəyyən ixtisas sahibi olsunlar. Biz bu yeniyetmələrlə işləməyə başlamışıq və bu, vacib bir prosesdir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2989

Oxşar yazılar