Naxçıvanda bir sıra məhəllələri içməli su ilə təmin edən magistral xətdə qəza baş verib.
Lent.az xəbər verir ki, şəhərin Qoçüstü məhəlləsi, B.Abbasov küçəsi, Çənlibel məhəlləsi,Tumbul kəndi və bir sıra əraziləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar iyunun 18-i saat 14:00-dan bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.
İşlər bu gün ərzində yekunlaşdacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.