Bu qidalar psixi pozğunluğa səbəb olur
01 dekabr 2023 10:38 (UTC +04:00)

Bu qidalar psixi pozğunluğa səbəb olur

Mütəxəssislər psixi pozğunluğa səbəb olan qidaları açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Virciniya Universiteti Tibb Fakültəsindən bir qrup fermentləşdirilmiş qidalar və qatıqda olan bakteriyaların depressiya və narahatlıq da daxil olmaqla psixi xəstəliklərin inkişafının qarşısını ala biləcəyini müəyyən ediblər.

Pis qidalanma və ya digər səbəblərdən asılı olmayaraq bağırsaq mikrobiotasının pozulması bir çox xəstəliklərin inkişafına səbəb olduğu bilinir. 

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, qidanın tərkibindəki laktobasillər orqanizmin stressə reaksiyasını tənzimləyən və depressiyanın qarşısını almağa kömək edən immun vasitəçi interferon qamma səviyyəsini saxlayır.

Əldə edilən məlumatlara əsasən, elm adamları depressiya və laktobakteriyaların daxil olduğu digər psixi pozğunluqların qarşısının alınması və müalicəsi üçün yeni üsullar hazırlamaq istəyirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5103
avatar

Arzu Qurbanlı

Oxşar yazılar