Bu rayonlara  yağış yağıb    - FAKTİKİ HAVA
05 dekabr 2023 18:17 (UTC +04:00)

Bu rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, dekabrın 5-i saat 18:00-a olan məlumata əsasən, Bakı və Abşeron yarımadasının bəzi ərazilərində, Quba, Xaçmaz, Qusarda yağış yağıb.  Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 23-26 m/s, Gəncədə 24 m/s, Mingəçevirdə 23 m/s, Şəki, Neftçala, Tərtərdə 20 m/s, Goranboy, Naftalanda 19 m/s, Bərdədə 18 m/s, Ağdamda 16m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan MR-da 13, Aran rayonlarında 21, dağlıq rayonlarda 15 dərəcəyədək isti olub.

# 4974
avatar

Oxşar yazılar