Bu rayonların qazı KƏSİLƏCƏK
13 iyun 2023 16:27 (UTC +04:00)

Bu rayonların qazı KƏSİLƏCƏK

1

Ucar və Zərdab rayonlarında qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz"da Lent.az-a verilən məlumata görə, 2023-cü ilin payız-qış mövsümündə Gürcüstan Respublikasına təbii qazın fasiləsiz ixrac edilməsi məqsədilə “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli qaz kəmərində aparılacaq təmir-bərpa və yenidənqurma işlərinin aparılması planlaşdırılır.

Bu səbəbdən 15-16.06.2023-cü il tarixlərində “Ucar”, “Lək”,  “Zərdab” QPS-lərdən və “Ucar Pambıq emalı zavodu”, “Zərdab asfalt beton zavodu” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.

15-16.06.2023-cü il tarixlərində təmir işləri aparılan müddətdə Ucar və Zərdab rayonlarının qaz təchizatında fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 7045

Oxşar yazılar