Bu rayonun qazı  KƏSİLƏCƏK
20 sentyabr 2022 13:35 (UTC +04:00)

Bu rayonun qazı KƏSİLƏCƏK

Ağstafa rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Lent.az xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Tbilisi” yüksək təzyiqli magistral qaz kəmərinin Ağstafa rayonu ərazində olan hissəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar sentyabrın 21-i saat 10:00-dan etibarən işlər başa çatanadək “Ağstafa” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Ağstafa rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

# 3165
avatar

Aytəkin Cəlali

Oxşar yazılar