Bu tarixdən şagirdlərin yerdəyişməsi DAYANDIRILACAQ
05 iyun 2023 11:01 (UTC +04:00)

Bu tarixdən şagirdlərin yerdəyişməsi DAYANDIRILACAQ

İyunun 6-sı saat 18:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi dayandırılacaq.

Elm və Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, növbəti tədris ili üçün şagird yerdəyişmə sisteminin aktiv ediləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, şagirdlərin yerdəyişməsi prosesi http://www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

# 2010
avatar

Fidan İlqar

Oxşar yazılar