Alçaq hündürlüklərdə uça bilən nəqliyyat vasitələri ilə şəhər içi daşıma və yük çatdırılması sınaqlarına başlayan Çin pilotsuz yük PUA və hava taksilərinin üzərində işləyir.
Lent.az xəbər verir ki, texnologiya gündən-günə inkişaf etdikcə fantastik filmlərinin əsas mövzularından biri olan uçan avtomobillər də reallığa doğru irəliləyir.
Çin həm yük daşımalarında, həm də hava taksisində həyata keçirdiyi sınaqlarla diqqət çəkir.
Ölkə mülki istifadə üçün pilotsuz uçuş aparatları (PUA) sahəsində mühüm addımlar atır. Keçən həftənin sonunda mühəndislər Çinin ən böyük yük daşıyan PUA-sının sınaq uçuşuna başlayıblar.
Bu PUA 2 ton yükgötürmə qabiliyyətinə malikdir və dövlət tərəfindən dəstəklənən “Sichuan Tengden Sci-tech Innovation Co.” tərəfindən hazırlanmışdır.
O, ilk uçuşunu cənub-qərb Siçan əyalətində təxminən 20 dəqiqə davam edən sınaq uçuşu ilə tamamlayıb.
Bu PUA dünyanın ən məşhur yüngül təyyarəsi olan dörd nəfərlik Cessna 172-dən bir qədər böyükdür. PUA-nın qanadlarının uzunluğu 16,1 metr, hündürlüyü isə 4,6 metrdir.