Dağlıq rayonlara qar yağıb -  FAKTİKİ HAVA
06 aprel 2024 10:34 (UTC +04:00)

Dağlıq rayonlara qar yağıb - FAKTİKİ HAVA

6 aprel saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, aprelin 5-i axşamdan 6-sı səhərədək bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq rayonlarda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şahdağda 17 sm, Qrızda 1 sm olub.

Düşən yağıntının miqdarı Qaxda 10 mm, Gədəbəydə 9 mm, Daşkəsəndə 7 mm, Göygöl, Şəkidə 5 mm, Gəncə, Şahdağda 3 mm, Şəmkir, Zaqatala, Balakən, Qəbələ, Oğuz, Göyçay, Qusar, Quba, Qrız, Xınalıq, Mingəçevir, Xaçmaz, Yevlax, İmişli, Sabirabad, Naftalanda 2 mm-dək olub.

Qrız, Daşkəsən, Şəkidə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək, Naxçıvan MR-da 23-27 dərəcə, Aran rayonlarında 23 dərəcəyədək, dağlıq rayonlarda 13-17 dərəcəyədək isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2916
avatar

Oxşar yazılar