Dərmanların gətirilməsində əngəllər aradan qaldırılmalıdır - Komitə sədri
29 mart 2023 13:00 (UTC +04:00)

Dərmanların gətirilməsində əngəllər aradan qaldırılmalıdır - Komitə sədri

“Dərmanların ölkəyə gətirilməsi məsələsi mütləq sadələşdirilmədi, bürokratik əngəllər aradan qaldırılmalıdır”.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslonov komitənin “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.

“Hesab edirəm ki, btün bu prosesdən sonra qiymətlərdə müəyyən dəyişikliklər ola bilər”, - komitə sədri əlavə edib.

Əhliman Əmiraslov Azərbaycandakı tibbi təhsillə bağlı tənqidlərə də cavab verib:

“Azərbaycanda olan tibb təhsili Avropa və Türkiyə təhsili ilə tamamilə eynidir. Rezidentura sistemimiz Türkiyə rezidenturasına tamamilə yaxındır. Razıyam, rezidentlərin hazırlandığı klinikaların sayı çoxdur. Kiçik həcmli klinikalarda rezident hazırlamaq olmaz, bunun üçün aparıcı tibb müəssisələri olmalıdır. Sistemə gəldikdə isə, dediyim kimi, Avropa və Türkiyə ilə eynidir”.

# 1875
avatar

Oxşar yazılar