Dolu düşdü, sel oldu-VİDEO
11 iyun 2023 19:29 (UTC +04:00)

Dolu düşdü, sel oldu-VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Qusar, Altıağac, Qrız, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Gədəbəy rayonunda saat 15:10-15:20 radələrində diametri 10 mm olan dolu düşüb.

Saat 16:10 radələrində Quba rayonu ərazisindən keçən Vəlvələçayda sel müşahidə olunub.

Vəlvələçayda sel

# 4218
avatar

Oxşar yazılar