Dönərxanalarda YOXLAMA:  Nöqsanlar aşkarlandı
24 iyun 2022 19:26 (UTC +04:00)

Dönərxanalarda YOXLAMA: Nöqsanlar aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyi dönər istehsalı və satışı ilə məşğul olan müəssisələrdə yoxlama həyata keçirib.

AQTA-dan Lent.az-a verilən xəbərə görə, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi üzrə aparılan nəzarət tədbirlərini davam etdirir.

Həmin tədbirlər çərçivəsində agentlik mayın 1-dən - iyunun 22-dək ümumilikdə dönər istehsalı və satışı ilə məşğul olan 9 müəssisədə yoxlama keçirib.

Yoxlamalar zamanı sahibkarların qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl etmədiyi müəyyənləşdirilib. Məlum olub ki, 9 müəssisədə sanitariya-gigiyena norma və qaydalarına əməl edilməməsi, 3 müəssisədə məhsulların saxlanması zamanı mal qonşuluğu qaydalarının və temperatur rejiminin pozulması, 1 müəssisədə isə məhsulun etiketlənməsinə dair tələblərə riayət olunmaması faktı aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla əlaqədar sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib olunmaqla cərimə tətbiq edilib.

# 2481
avatar

Aytəkin Cəlali

Oxşar yazılar

 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22
Meteohəssas insanlar üçün  PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

3 may 2024 , 14:02
Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

Sosial yardımının təyin edilməsi zamanı hansı gəlirlər çıxılır? - CAVAB

3 may 2024 , 13:06
 Leysan, dolu, sulu qar   - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

3 may 2024 , 12:27
Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

Xüsusi şərtlərlə əmək pensiyası alanların SAYI

3 may 2024 , 11:16