Ermənilər Qarabağda törədilən  VƏHŞİLİKLƏRDƏN  danışdılar - VİDEO
22 aprel 2022 19:56 (UTC +04:00)

Ermənilər Qarabağda törədilən VƏHŞİLİKLƏRDƏN danışdılar - VİDEO

Hər il olduğu kimi bu il də ermənilər aprelin 24-də uydurma soyqırımının ildönümünü qeyd edəcəklər. Hansı ki, heç bir tarixi sübutu yoxdur. Amma ermənilərin Anadoluda, Zəngəzurda, İrəvanda, Bakıda, Şamaxıda, Qubada, az qala bütün Azərbaycanda törətdikləri vəhşiliklərin şahidləri hələ də qalmaqdadır və bu tarixi hadisələr sənədlərlə sübut olunub.

Nadir hallarda rast gəlinsə də, azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri etiraf edən ermənilərə də rast gəlinir. Bunlardan biri də ABŞ-da memar kimi çalışan erməni Onik Kardaşdır. O, Qarabağda törədilən təcavüzlərlə bağlı gözləri ilə gördükləri dəhşətləri, soydaşlarının etdiyi vəhşilikləri erməni bloger Albert İsakova danışıb.

-“Naxçıvanda ermənilər iki azərbaycanlını öldürdülər. Ermənilər sonradan bu hadisəni unutdular. İki ölkə arasında yaranan konfliktin siyasi tərəfləri də var və bu mənim üçün çox təəccüblüdür. O dövrün depuatı olan Zori Balayan adamları ilə birlikdə İrəvana gedirlər və orada rus zabitlərlə razılaşırlar. Şərtləri belə olur ki, ordu Qarabağda onlara kömək olacaqsa, ermənilər də çeçenlərlə və eləcə də digər müsəlmanlarla müharibədə Rusiyaya dəstək verəcəklər. Ermənilər azərbaycanlıları məğlub edə bilməzdilər. Silahlar, təyyarələr... hər şey Rusiyadan gəldi”.

Alber İsakovun heyrətlə “Siz bunları öz gözlərinizlə gördünüzmü” sualına Onik Kardaş belə cavab verir.

Bəli, bəli, Mən Şuşada olanda çoxlu sayda silahlı ermənilərlə qarşılaşdım. Sürücüm də onlardan biri idi. O mənim həm də cangüdənim idi. Təkcə o, 80 azərbaycanlını daşla başlarına vuraraq öldürüb. Ondan soruşanda ki, bunu necə bacardın? Cavab verdi ki, birinci dəfədən, başına necə vurub öldürmək çətin olur. Amma sonra haradan, hansı nahiyədən vurmalı olduğunu öyrənirsən. Kabab yeyirdik. Uşaq atasından balta ilə necə baş kəsdiyi haqda danışmağını istədi və o da həmin məclisdə başladı danışmağa. Bu dəhşətlidir. Onlar kabab yeyə-yeyə belə hadisələri danışırdılar. Bu xalqın təfəkkürü türkləri öldürməklə, belə hadisələri danışmaqla, eşitməklə qurulub. Uşaqlar bu tarixlə böyüyüblər. Mən tələb etdim ki, bu hadisələri danışmasınlar. Çünki dəli olurdum. Onlar qəbirləri qazırdılar. İnsanların kəllə sümüklərini çıxarırdılar ki, ağızlarındakı qızıl dişləri oğurlasınlar. Daha sonra həmin kəllə sümüyünü kənara atıb gedirdilər. Qəbirstanlıqlara gedirdim və görürdüm ki, ətrafda çoxlu kəllə sümükləri var. Bütün qəbirləri belə dağıdıblar”.

Daha sonra Şuşadakı vəhşiliklərdən danışan Onik Kardaş gözü ilə gördüyü dəhşəti anladır:

Şuşada olanda bütün pilləkənlərin mərmər olduğunu gördüm. Azərbaycanlılar ora getsələr həmin mərmərləri qaldırsınlar, görəcəklər ki, doğmalarının qəbirlərinin baş daşlarıdır. Mən o daşların düzüldüyü ərəfədə Şuşada idim. Öz gözlərimlə görmüşəm – deyə, erməni memar bildirib.

# 2046
avatar

Oxşar yazılar