Həkim Şahin Məmmədov
28 avqust 2021 10:22 (UTC +04:00)

Həkim Şahin Məmmədov

Evdə müalicə alan koronavirus xəstələri KT MÜAYİNƏSİ etdirməsin - AÇIQLAMA

"Evdə müalicə alan koronavirus xəstələrinin KT müayinəsi etdirməyin heç bir mənası yoxdur, qadağan edilməlidir".

Lent.az xəbər verir ki, bu fikiləri həkim Şahin Məmmədov paylaşımında qeyd edib:

"Yenə KT-yə gedirlər. Birdən buzlaşma olar xəbərləri olmaz. Boş yerə özünüzü şüalandırmayın. KT xərçəng əmələ gətirir.  KT ona görədir ki, siz də həyati təhlükəli nəsə var və  başqa xəstəliklərə oxşayır.Həkim diaqnozunuzu heç cürə qoya bilmir, məcbur KT- yə göndərir. Yoxsa, koronavirus testiniz müsbətdirsə, temperaturunuz varsa, diaqnoz aydındır.  Ağciyərdə buzlaşmanın olub-olmadığını bilmək istəyirsinizsə mən deyim: Bəli, buzlaşma artıq mövcuddur. Çox az faiz olsa da, bütün temperaturlu xəstələrdə var. Çünkü COVID -19 virusu aşağı tənəffüs yollarının infeksiyasıdır. Ağciyərdə problem var ki temperatur var".

Həkim Şahin Məmmədov bildirir ki, bəziləri ciyərdə 30-35 % buzlaşma yazılanda qorxudan infarkt olurlar:

"Bilin ki, 50% qədər buzlu şüşə mənzərəsi olan xəstələr yüngül sayılır. Lap ondan yuxarı rəqəm də olsa, narahat olmağa dəyməz, çünkü buzlu şüşə görüntüsü olan sahələr qazlar mübadiləsində iştirak edir və faizə görə müalicədə heç bir düzəliş, əlavələr aparılmır".

 

# 5262
avatar

Nigar Adil

Oxşar yazılar