Google Maps-da qeyri etik məkanlar
20 aprel 2022 10:23 (UTC +04:00)

Google Maps-da qeyri etik məkanlar

"Google Maps"a söyüşlü məkanlar yazanlara XƏBƏRDARLIQ

“Google Maps”də bəzən məkanların qeyri-etik sözlərlə ifadə edildiyinin şahidi olmuşuq.

Bəziləri qəsəbə və ya kəndlərdə, məsələn, “Ruslanın bərbərxanası”, “2 manatlıq dönər” kimi məntəqə adlarını xəritədə qeyd edirlər.

“Google Maps” eksperti Elvin Hüseynov Lent.az-a bildirib ki, məkan kimi əlavə olunan qeyri-etik yazılar bundan sonra 24 saat sonra xəritədən silinəcək:

“Təbii ki, silinmə mərhələsinə xüsusi nəzarəti mən edəcəm. Xüsusilə vurğulamaq istərdim ki, Çilov adası ərazisində qeyri-etik adlara rast gəlmək mümkün olurdu. Bu şəxslərin aşkar olunub hüquq mühafizə orqanlarına şikayət olunmaları təmin olunacaq”.
 

# 4875
avatar

Mehman Nəbiyev

Oxşar yazılar