Güclü  leysan və dolu   yağacaq -Hava XƏBƏRDARLIĞI
12 iyun 2023 16:57 (UTC +04:00)

Güclü leysan və dolu yağacaq -Hava XƏBƏRDARLIĞI

2

Havanın dəyişəcəyi ilə  bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,

Azərbaycanın rayonlarında

İyunun 13-ü gündüz şimal-və qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara, Mərkəzi-aran rayonlarında yağıntıların arabir intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keşəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 23672

Oxşar yazılar