Güclü  leysan yağacaq   - Hava XƏBƏRDARLIĞI
16 iyun 2023 17:16 (UTC +04:00)

Güclü leysan yağacaq - Hava XƏBƏRDARLIĞI

9

Havanın kəskin dəyişəcəyi ilə  bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, 

Azərbaycanın rayonlarında

İyunun 18-i gündüz şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran rayonlarında yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
 
Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
 
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
9
# 26286

Oxşar yazılar