Güzəştli ipoteka krediti   alan jurnalistlərin SAYI açıqlandı
29 mart 2024 14:42 (UTC +04:00)

Güzəştli ipoteka krediti alan jurnalistlərin SAYI açıqlandı

Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bunu bu gün Milli Məclisdə "İpoteka haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Siyavuş Novruzov deyib ki, dövlət başçısı istəyir ki, hər bir vətəndaş yaxşı yaşasın və ipoteka kreditindən faydalana bilsin: “Hazırda isə ipoteka kreditindən yalnız dövlət qulluğunda çalışan faydalana bilir. Digər şəxslərin bu kreditlərdən faydalanmağı çətin məsələdir. Bənna, zərgər, dülgər və digərləri ipoteka krediti ala bilmir. Həm də bunlar kiçik və orta sahibkarlıqla məşğul insanlardır. O cümlədən yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb.

Bizdə kifayət qədər jurnalistlər var və kifayət qədər əmək haqqı alır. Adam var, elə 20 ildir eyni saytda işləyir, amma ipoteka ala bilmir. Şəhərdə və kənddə çalışan üçün də ipoteka kreditlərinin şərtlərində fərq olmalıdır. Elə olmalıdır ki, vətəndaş, gənc ailə, müəllim kənddə yaşaya bilsin”.

# 1560
avatar

Oxşar yazılar