Hava şaxtalı olacaq,  yollar buz bağlayacaq   - XƏBƏRDARLIQ
27 yanvar 2023 13:31 (UTC +04:00)

Hava şaxtalı olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Yanvarın 28-də avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisində gecə və səhər dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 500-800 m-dək məhdudlaşacaq.

Gecə və səhər saatlarında dağlıq rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq isə yolların buz bağlayacağı ehtimalı var.

# 2724
avatar

Oxşar yazılar