Hazırda bu rayonlara qar yağır  - FAKTİKİ HAVA
10 noyabr 2023 18:23 (UTC +04:00)

Hazırda bu rayonlara qar yağır - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Xidmətdən Lent.az-a verilən xəbərə görə, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, səhər saatlarına nisbətən küləyin sürəti zəifləyib, 23 m/s qeydə alınıb.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.

Bölgələrdə də qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur.

Daşkəsən, Gədəbəy, Şəmkir, Qax, Oğuz, Quba, Altıağac, Şəki, Xaltan, Mingəçevir, Lənkəran, Astarada arabir yağış, Qusar, Xınalıq, Şahdağda isə qar yağır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 11-i səhərədək davam edəcək.

# 49308
avatar

Oxşar yazılar