Həftəsonu kənd yarmarkaları olacaq -  ÜNVANLAR
01 iyul 2021 15:43 (UTC +04:00)

Həftəsonu kənd yarmarkaları olacaq - ÜNVANLAR

İyulun 3-4-də Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC “Kənddən Şəhərə” yarmarkaları təşkil edəcək.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, yarmarkalar Bakı və Abşeronda - 3 fərqli ünvanda baş tutacaq. Yarmarkaların təşkilində əsas məqsəd vətəndaşların kənd təsərrüfatı məhsullarına olan tələbatlarını yerli məhsullarla ödəmək, eyni zamanda fermerlər üçün alternativ satış kanalı yaratmaqdır.

Yarmarkalarda satışa çıxarılacaq bütün məhsullar müxtəlif regionlarda fəaliyyət göstərən və yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən yerli fermerlər tərəfindən yetişdirilir. Məhsulların satışını da birbaşa həmin fermerlər həyata keçirirlər. “Kənddən Şəhərə” yarmarkalarında 40-a yaxın regiondan 100-dan artıq fermer 70-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulu satacaq.

Yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla keçiriləcək. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunacaqlar. Yarmarkaya alış-verişə gələcək vətəndaşlar temperaturları ölçüldükdən sonra yarmarka ərazisinə buraxılacaqlar. Həmçinin, yarmarkanın keçiriləcəyi müddətdə təşkilatçı qurum tərəfindən yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq və ziyarətçilərin sosial məsafəni qorumasına ciddi nəzarət olunacaq.

“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı);

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı);

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2835

Oxşar yazılar

Bakı metrosunda elektrik kəsildi, qatarlar tuneldə qaldı

Bakı metrosunda elektrik kəsildi, qatarlar tuneldə qaldı

3 may 2025 , 15:16
Sabah 27 marşrutun  hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

Sabah 27 marşrutun hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

3 may 2025 , 14:21
Sabah leysan və sulu qar  yağacaq - PROQNOZ

Sabah leysan və sulu qar yağacaq - PROQNOZ

3 may 2025 , 12:44
Soyuq havalar nə vaxtadək  davam edəcək?

Soyuq havalar nə vaxtadək davam edəcək?

3 may 2025 , 10:42
Bakıdan Polşaya uçan təyyarə təcili geri qayıtdı

Bakıdan Polşaya uçan təyyarə təcili geri qayıtdı

3 may 2025 , 09:55
Sabah Bakının mərkəzi küçələri tam BAĞLANIR

Sabah Bakının mərkəzi küçələri tam BAĞLANIR

3 may 2025 , 09:35
Bəzi BÜRCLƏR bu ayı unutmaq istəyəcək  – SƏBƏB

Bəzi BÜRCLƏR bu ayı unutmaq istəyəcək – SƏBƏB

3 may 2025 , 09:09
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 may 2025 , 19:59